Ərdoğandan Qarabağ açıqlaması: Kabus yaşadacağıq!
Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi mübarizəsinə bütün qəlbimizlə dəstək veririk və verəcəyik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə böyüdükcə və gücləndikcə daxil olduğu proseslər də təbii olaraq genişlənməkdədir. Liviyada bir qiyamçının ölkəni parçalamasına imkan yaratmadıq və yaratmarıq. Canımız bahasına sahib çıxdığımız bu regiondan bizi çıxartmaq xəyallarından imtina etməyənlərə kabus yaşadacağıq.
Vətənimizə uzadılan hər əli qıracağıq, daim yeni cəbhələri açılan mübarizəmizin mesajlarını çatdıracağıq”, – deyə dövlət başçısı bildirib.