Ərddogandan yanğınla bağlı son qərar:”Bu şəxslər buraxılmayacaq”

Baxılıb:444
Ərddogandan yanğınla bağlı son qərar:”Bu şəxslər buraxılmayacaq”

Türkiyənin 44 əyalətində baş verən 208  meşə yanğınlarının 196-ı nəzarət altına alınıb.
AzTimes.az  xəbər verir ki, bu barədə məlumatı cümə namazından sonra mətbuata açıqlama verən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib. Hadisələrin müsbət istiqamətdə inkişaf etdiyini deyən Ərdoğan, İlham Əliyevlə telefon əlaqəsinə xüsusi diqqət çəkib:
“Qardaşım İlham Əliyevlə telefon əlaqəsi saxladıq. İndiyə qədər 600 -dən çox təlim keçmiş yanğınsöndürən göndərildiyini və bir az daha, avtomobil və canlı qüvvə göndərə biləcəyini dedi. Dərhal belə bir komanda göndərəcək. Çox güman ki, bu gün gələcəklər”. 
Bundan başqa prezident meşə yanğınları ilə bağlı alınan yeni qərarı da açıqlayıb: “İlk öncə yanğın yerinə məsul olmayan şəxslər qəti şəkildə buraxılmayacaq. Bundan başqa “Gələcək üçün Nəfəs Alın” kampaniyası ilə, ilin sonuna qədər hər bir vətəndaşa 3 fidan olmaqla 252 milyon fidan əkiləcək”/sfera.az


Abunəlik