Əməkdar müəllim Rəşid Mahmudov və loqoped-defektoloq Xavər Abdullayeva Salyanda vətəndaşları qəbul edəcək – Tibbi AKSİYA
Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Rəşid Mahmudov və Səlis Danışıq, Nitq və Psixologiya Akademiyasının təsisçisi, tanınmış loqoped-defektoloq Xavər Abdullayeva yanvarın 27-də Salyan rayonunda yerləşən Aran Regional Klinikada vətəndaşları qəbul edəcəklər. Aztibb.az xəbər verir ki, tibbi müayinə aksiyası Səlis Danışıq, Nitq və Psixologiya Akademiyası tərəfindən təşkil olunacaq. Qeyd edək ki, fizioloq Rəşid Mahmudov autizm, əqli inkişafın ləngiməsi, ağır nitq qüsuru olan alaliya, nitq inkişafındakı geriləmə, eləcə də revmatizim, onurğada olan yırtığların müalicə və müayinəsi ilə məşğuldur. Xavər Abdullayeva isə kəkələmə, autizm spektr pozuntusu, nitq ləngiməsi, davranış pozuntusu qüsurlarını müasir metod və cihazlarla müalicə edir. Qəbula yazılmaq istəyən vətəndaşlar 055 367 00 52 nömrəsi ilə əlaqə saxlaya bilərlər.