Əliyevin dediklərinə qulaq asmaq lazımdır, Rusiya və İran… – Erməni politoloq

Baxılıb:104
Əliyevin dediklərinə qulaq asmaq lazımdır, Rusiya və İran… – Erməni politoloq

“Ermənistan səriştəli hərəkət etməlidir ki, Rusiyadan nəsə ala bilsin”.

Bunu erməni politoloq Artur Xaçikyan deyib.

O bildirib ki, Rusiyanın Ermənistanın problemlərini həll edəcəyinə ümid etmək sadəlövhlükdür.

Xaçikyan vurğulayır ki, Ermənistan özünün əsl müttəfiqlərindən – Rusiya və İrandan uzaqlaşaraq, Qərb “nağılçılarının” yolu ilə gedir: “İran artıq bəyan edib ki, Ermənistanın sərhədlərinin dəyişdirilməsi müharibəyə səbəb olacaq. ABŞ isə bəyan edib ki, İranın Qafqazda heç bir rol oynamasına imkan verməyəcək. Bu nə deməkdir? ABŞ kimin tərəfindədir? Bunu beş yaşlı uşaq belə başa düşəcək. Rusiya da Ermənistanın dünya xəritəsindən silinməsində maraqlı deyil, çünki qüdrətli türk dövləti yarana bilər ki, gec-tez Rusiya ilə toqquşacaq”.

Politoloq xatırladır ki, ABŞ və Aİ onlardan hərbi yardımın olmayacağını dəfələrlə bəyan ediblər. Onun sözlərinə görə, Ermənistanın İrandan kömək istəmək üçün real imkanları var. İrəvan buna nail olsa, Fransa ciddi hərbi texnika tədarükçüsü ola bilər.

Xaçikyan qeyd edir ki, təhlükəsizlik sistemini şaxələndirmək lazımdır ki, İrəvanla əməkdaşlıq edən ölkələr ermənilərlə bağlı münaqişə etməsinlər və eyni zamanda onlara kömək etsinlər: “Ancaq indiki hakimiyyət bunu edə bilmir. Ermənistanda hakim siyasi qüvvə ya Qərbin maraqlarını təmsil edir, ya da ölkəmizin gələcəyinin Qərblə əməkdaşlıqda olduğuna inanır. Bu, hazırkı siyasi komandaya güvənməyən İranla hərbi əlaqəyə maneələr yaradır”.

“Əslində nə baş verdiyini anlamaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin dediklərinə qulaq asmaq lazımdır. Çünki faktlar onun İrəvana öz iradəsini diktə etdiyini göstərir. Xüsusilə, söhbət Ermənistanda konstitusiya islahatlarından gedir”, – Xaçikyan vurğulayıb.


Abunəlik