Əliyev bütün DÜNYAYA ELAN ETDİ: Qarabağda yeni hərbi əməliyyat və Rusiya ilə İrana… – DETALLAR

Baxılıb:836
Əliyev bütün DÜNYAYA ELAN ETDİ: Qarabağda yeni hərbi əməliyyat və Rusiya ilə İrana… – DETALLAR

Prezident İlham Əliyev CNN Türk televiziyasına müsahibəsində kifayət qədər açıq mesajlar verdi, Bakının mövqeni və atacağı addımları göstərdi, bunlar xüsusilə Qarabağda baş verənlər – Ermənistanın yenidən əsgər göndərməsi, Rusiyanın təhlükəli mövqeyi – fonunda əhəmiyyətlidir.

Xankəndi mesajı:

Əliyev Xankəndidəki ermənilərin Azərbaycan cəmiyyətinə mütləq inteqrasiyasını vurğuladı və qeyd etdi ki, “Biz Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri yolunu azmış Azərbaycan vətəndaşları sayırıq”.

Burada üç mühüm məqam var.

Birincisi: Xankəndi mütləq Azərbaycan idarəçiliyinə keçəcək, bu Bakının dəyişməyən mövqeyidir;
İkincisi: rus sülhməramlılarının nəzarətində yaşayan ermənilərə “Rusiyaya güvənməyin”, yaxud “güvənib yolunuzu azmayın” mesajı verilir;
Üçüncüsü: Bakı Qarabağdakı ermənilərə açıq şəkildə bildirir ki, “Azərbaycan qanunlarına tabe olmayanlar qanun qarşısında cavab verəcək”;

Laçın dəhlizi bağlana bilər?

– Əliyev Rusiyaya 10 noyabr razılaşmasını xatırlatdı və Ermənistandan rus sülhməramlılarının nəzarətindəki ərazilərə silah-hərbçi daşınmasını dayandırmağa çağırdı;
– Laçın dəhlizində və Xankəndidə baş verənləri dəqiq bildiyini açıqladı;
– Və qeyd etdi ki, buna son qoyulmayacaqsa, qabaqlayıcı tədbirlər görüləcək.

1. Azərbaycan humanitar məqsədli açılan Laçın dəhlizinin hərbi təyinatlı istifadə edildiyini əsas gətirərək bağlaya bilər;
2. Ermənistandan silah-hərbçi göndərilməsinin qarşısını almaq üçün müxtəlif istiqamətlərdə “təmizləmə əməliyyatları” keçirə bilər: bu, həm də erməni ailələrin övladlarının, yaxınlarının Qarabağa göndərilməsinə qarşı yenidən etiraz etməsini təmin etmək gedişi ola bilər;

Hər iki istiqamətdə addımlar mümkündür, lakin Azərbaycan hələki xəbərdarlıqlarını edir.

Rusiyaya verilən mesaj:

a) Azərbaycan 10 noyabr bəyanatının bütün müddəalarının icrasını gözləyir: Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin məlum bəyanatlarından sonra Prezidentin “bütün bəndlərin yerinə yetirilməsini gözləyirik” açıqlaması söhbətin məhz 4-cü bəndin – erməni qoşunların çıxarılması – icrasından getdiyini deməyə əsas verir; Bakı israr edir və son günlər rusların təhlükəli gedişləri də bu isrardan qaynaqlanır;

b) Bakı Rusiyanın Ermənistanı silahlandırmasından narahatdır: Əliyev Ermənistanda son seçkinin nəticələrinə toxunmaqla Moskvaya bildirir ki, “ermənilərin özləri belə müharibə istəmədiyi halda, siz niyə edirsiniz?”;

c) Və “görünür, ikinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq, ona görə ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq” deməklə həm də rusları nəzərdə tutur: Bakı yeni müharibəyə hazır olduğunun mesajını verir və Moskvaya “verdiyiniz silahlar yenə Hərbi Qənimətlər Parkına gətiriləcək” deyir;

İrana verilən mesaj:

Bakı gözləmə mövqeyindədir və İranın yeni rəhbərliyinin Azərbaycan-Ermənistan münasibətlərinə dair normal siyasətini görmək istəyir: bu, həm də Tehrana göstərəcəkləri münasibətə adekvat münasibət görəcəklərini çatdırmağa hesablanıb, müsbət addıma müsbət, mənfi addıma mənfi cavab veriləcək;

Ermənistana verilən mesaj:

Əliyev İrəvana yeganə yolun nə olduğunu göstərir: Azərbaycanın ərazi bütövlüyünü tanı; bu təklif masada əbədi qalmayacaq, Bakı konkret nəticə istəyir və Paşinyanın “vaxt uzatma oyunları”na dözməyəcək; sülh müqaviləsini imzalamaq istəməsələr, buna adekvat siyasət xətti yürüdüləcək;

Və Əliyev hansı plana işarə vurdu?

Müsahibədə cari dövrü proqnozlaşdırmağa imkan verən bir vacib məqam var idi. Prezident müharibədən sonra Qarabağa göndərilən erməni hərbçilərin saxlanılmasından (2020-ci ilin noyabr dekabr aylarında keçirilən anti-terror əməliyyatı), onlara göstərilən humanist münasibətdən, müharibənin qanunlarından bəhs edir: bu Ermənistanın terrorçu mahiyyətini göstərməkdir, lakin Əliyev fikrinin davamında “Ona görə indiki şəraitdə, əlbəttə ki, bizim başqa planlarımız var” deyə qeyd edir.

Bu, yeni antiterror əməliyyatlarının anonsu hesab oluna bilər: Bakı “indiyə qədər humanist münasibət göstərdik, amma bundan sonra olmayacaq” deyir. Təbii ki, yaxın günlərdə bu məsələyə aydınlıq gələcək, lakin bununla bağlı müəyyən planların olduğu ehtimalı güclüdür.

Və bu mesajların məhz Türkiyəni təmsil edən kanalda verilməsi təsadüfi deyildi…


Abunəlik