“Əlimdəki faktları ortaya qoysam, onlar gərək baş götürüb ölkədən qaçsın” – Ramiz Mehdiyev hədələdi

Baxılıb:427
“Əlimdəki faktları ortaya qoysam, onlar gərək baş götürüb ölkədən qaçsın” – Ramiz Mehdiyev hədələdi

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı açıqlama verib.

AMEA rəhbəri ona qarşı aparılan qarayaxmalardan danışıb:

“Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsi – nankorluğudur. Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün”.Azərbaycan24 


Abunəlik