Əli İnsanovdan sensasion açıqlama-Koronavirus haqqında nələr dedi
Koronavirus yeni deyil, 40-a yaxın növü var. İlk dəfə 1965-ci ildə respirator xəstəlik keçirmiş insanda aşkarlanıb. Axtarsaq, görərik ki, bu xəstəlik insanların çoxunda var. Bəlkə də əksəriyyətində… Testlər insanların 80 faizində anti-telləri aşkar edir. Moskvada araşdırma aparılıb, bir müəssisənin əməkdaşları yoxlamadan keçiblər, onların 34 faizinin özləri də bilmədən bu xəstəliyə yoluxduqları məlum olub. Onlarda koronavirusun anti-tellərini tapıblar. Deməyim odur ki, xəstəlik yüngül və ağır formada keçə bilər. Bu xəstəlik bəzən hiss edilmir. Bunu qriplə eyniləşdirmək düzgün deyil. Qrip gün ərzində 10 nəfəri, koronavirus isə çox təhlükəli virusdur, 30-40 nəfəri yoluxdurur”.
AzTimes.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq Səhiyyə naziri Əli İnsanov deyib.
“Bir məsələni də qeyd edim, XIV əsrdə taun pandemiya olub. Bu, Avropada 25 milyon insanın həyatına son qoyub. Müxtəlif mənbələrdə qeyd olunur ki, Avropanın 60 faizi tələf olub. Koronavirusa yoluxanların isə heç bir faizi də dünyasını dəyişməyib. Bu virusa yoluxanların sayı 7 milyondan artıqdır, 400 mini dünyasını dəyişib. Düzdür, təhlükəli virusdur, amma geniş vüsət ala bilmir. Biz bundan arxayınlaşmamalıyıq. Azərbaycan həyata keçirilən tədbirlər də bu cür olmamalıdır, insanlara sərbəstlik verilməlidir. Maskanın taxılmamasına görə tətbiq edilən cərimə gülüncdür, bu, hüquqlarımızı pozur. Kütləvi toplaşmağın təhlükəli olduğunu başa düşürük…Bu işin başında həkimlər durmalıdır, Nazirlər Kabineti də köməkçi rolunu oynamalıdır” – Ə.İnsanov qeyd edib.
/pravda.az