Əli Həsənovun kürəkəni daxili işlər orqanlarından xaric edildi – FOTO

Baxılıb:132
Əli Həsənovun kürəkəni daxili işlər orqanlarından xaric edildi – FOTO

Qaradağ Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.

“Report”un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İsfəndiyar Mehbalıyev öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, İ.Mehbalıyev Prezidentin keçmiş köməkçisi Əli Həsənоvun kürəkənidir.


Abunəlik