Əhaliyə BƏD XƏBƏR – Çörək 5-7 qəpik bahalaşa bilər (VİDEO)

Baxılıb:168
Əhaliyə BƏD XƏBƏR – Çörək 5-7 qəpik bahalaşa bilər (VİDEO)

Zavod çörəyinin qiyməti qalxa bilər.

Ekspertlər qlobal buğda bazarındakı son tendensiyaların Azərbaycana mənfi təsirlərinin qaçılmaz olduğunu deyirlər.

Qeyd edilir ki, Azərbaycan ərzaqlıq buğdanın əhəmiyyətli hissəsini idxal edir. ötən il xaricdən alınan buğdanın 95 %-i Rusiyanın payına düşüb. Bu ölkə isə buğdanın ixrac rüsümunu 100 ABŞ dollarından 145-ə qaldırıb. Gələn ay isə rüsum 150 dollar olacaq. Bu da un və un məhsularının qiymətində əksini tapacaq. Unun bir kilosunda 20 qəpiyə qədər qiymət artımı ola bilər.

Çörəyin qiymətinə təsir edən ən böyük amil Rusiya-Ukrayna müharibəsidir. Çünki 25 milyon tona yaxın taxıl Ukrayna limanlarında qaldı. Taxıl tədarükü iflic oldu. Həmçinin vəziyyətdən sui-istifadə edənlər oldu. Onlar buğdanı alıb saxlamaqla süni taxıl defisiti yaratdılar. Beləliklə, dünya bazarında tədarük zəncirləri pozuldu.

Analitik Turab Rzayev   bildirib ki, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 2024-cü ilə qədər uzadılması, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyasının verilməsi qiymət artımın mənfi təsirlərini minimuma endirə bilər.

Xəzər Xəbər


Abunəlik