Əfqanıstanda avtobusa bombalı hücum – Ölü və yaralılar var

Baxılıb:184
Əfqanıstanda avtobusa bombalı hücum – Ölü və yaralılar var

Əfqanıstanın şimalındakı Bəlx vilayətinin mərkəzi rayonu olan Məzari-Şərifdə məmurları daşıyan avtobusa bombalı hücum olub.
 Bəlx Polis İdarəsinin sözçüsü Məhəmməd Asif Vəziri hücumda 7 məmurun öldüyünü, 6 nəfərin yaralandığını açıqlayıb.
Bombanı küçə satıcılarının avtobusa qoyduğu müəyyən edilib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.


Abunəlik