Əfqanıstan prezidenti ölkədən qaçarkən görün nə aparırmış: 4 maşın dolusu … – VİDEO
“Taliban”nın Kabili ələ keçirməsindən sonra Tacikistana qaçdığı iddia edilən keçmiş prezident Əşrəf Qəni ilə bağlı maraqlı iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, iddialara görə, Əşrəf Qəni ölkədən helikopterlə qaçıb. O, qaçış zamanı özü ilə külli miqdarda nəğd pul götürüb. Əskinazlar hava limanına 4 avtomobillə gətirilib. Pul o qədər çox olub ki, onların bir hissəsi helikopterə yerləşməyib.
Nəticədə əskinazların bir hissəsi elə hava limanının uçuş zolağında qalıb.
Qeyd edək ki, bəzi mənbələr keçmiş dövlət başçısının helikopterlə bəzi mənbələr isə təyyarə ilə qaçdığını irəli sürür.