Ədalət Muradov vəzifəli şəxsin oğlunu direktor Təyin etdi (FOTO)

Baxılıb:360
Ədalət Muradov vəzifəli şəxsin oğlunu direktor Təyin etdi (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinə yeni direktor təyin edilib.

Aztimes.az-ın   əldə etdiyi məlumata görə, rektor Ədalət Muradovun müvafiq əmri ilə Universitetin Karyera Mərkəzinin direktoru Sənan Vəkil oğlu Həsənov təyin edilib.
Bildirək ki, yeni direktorun atası Vəkil Həsənov da Azərbaycan Dövlət İqtisad Universitetində çalışır, o, tarix kafedrasının müdiridir.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinin əvvəlki direktoru Ramil Cabbarov bir müddət bundan əvvəl Gənclər və  İdman nazirinin müşaviri təyin edilib.


Abunəlik