“Vatan kokusu”nun Türkiyədə təqdimatı oldu – FOTOLAR

  • Xəbərin Tarixi: 17 Fevral 2017
  • Bu xəbər 40 dəfə oxundu.
  • Bu xəbəri Sosial Medyada Paylaş:
  • Googleda Paylaş
  • Twitterda Paylaş
  • Facebookta Paylaş
“Vatan kokusu”nun Türkiyədə təqdimatı oldu – FOTOLAR

Muğla Universitetində Qənirə Paşayevanın “Vatan kokusu” kitabının imza mərasimi olub.

Modern.az saytı xəbər verir ki, tədbirdə Muğla valisi, bələdiyyə sədrinin müavini, Muğla Sıtkı Kocaman Universitetinin rektoru, universitetin alimləri, tələbələr, QHT və KİV rəsmiləri iştirak edib. Təqdimat və imza mərasimində türk millətinin gənc nəsilləri üçün kitabın önəmi xüsusi vurğulanıb.

İmza mərasimində iştirak edənlərə və təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva Axısxa türklərinin öz vətənlərindən sürgününü qələmə aldığı “Vatan kokusu” kitabı barədə məlumat verib və gənclərin iştirakı ilə imza mərasiminin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Dağıq Qarabağ, Axısxa, Krım, Kərkük, Türkməndağından danışan millət vəkili Q.Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb.

O bildirib ki, dünyanın harasında doğulub, yaşamasından asılı olmayaraq hər bir türk ortaq tarixmizi yaxşı bilməli və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməlidir.

 

Share