Bakıda hündürmərtəbəli binada yanğın baş verib – FOTO

Baxılıb:94
Bakıda hündürmərtəbəli binada yanğın baş verib – FOTO

Bakının Nərimanov rayonunda hündürmərtəbəli binada yanğın qeydə alınıb.

APA xəbər verir ki, Əliyar Əliyev 8 ünvanında yerləşən 20 mərtəbəli binanın 19-cu mərtəbəsində yerləşən iki otaqlı mənzildə yanğın başlayıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən APA-ya bildirilib ki, yanğınsöndürən texnikaların küçəyə daxil olması çətin olub. Səbəb bina sakinlərinin avtomobilləri həyətyanı ərazidə düzgün park etməməsi olub.

Buna görə də əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.


Abunəlik