ŞAD XƏBƏR- Bu şəxslərin maaşı artdı

0
420

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçilərinin əməkhaqlarına müddətli əlavənin məbləği müəyyən edilib.
AzTimes.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən olunması barədə qərarında öz əksini tapıb.
Qərara əsasən, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə əməkhaqqlarına aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən olunub.
Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here