İqtisadiyyat Nazirliyindən aptek və marketlərlə bağlı mühüm açıqlama

0
158

Ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların kütləvi toplaşdığı məkanlar olduğu nəzərə alınaraq, iri ticarət mərkəzlərinin və Mall-ların fəaliyyəti bir ay müddətinə dayandırılmışdır.
İqtisadiyyat Nazirliyindən AzTimes.az-a verilən məlumata görə, bu məhdudiyyət ərzaq mağazaları və apteklərin fəaliyyətinə şamil olunmur və həmin obyektlər adi qaydada gündəlik işini davam etdirirlər.
Adi iş rejimi həmçinin, ticarət mərkəzləri və Mall-ların nəzdində olan ərzaq mağazaları və apteklərə də aiddir. /Bakunews

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here