Türkiyədə qatar qəzası baş verdi

0
217

Türkiyənin Elazığ bölgəsində sərnişin qatarının lokomotivinin yoldan çıxması nəticəsində iki nəfər yaralanıb. Hadisə dəmir yolunun dağ yamacından keçən hissəsində baş verib.
AzTimes.az Azərtaca istinadən xəbər verir ki, yaralananlardan biri maşinist, digəri qatar nəzarətçisidir.
Qatardakı sərnişinlər təxliyə olunub. Hazırda qəzanın nəticələrinin aradan qaldırılmasına başlanılıb. Əraziyə ağır texnika və qaldırıcı kranlar cəlb olunur.
AzTimes.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here