İtaliya koronavirusa yoluxanların sayına görə Avropa lideri oldu

0
129

İtaliya koronavirusa yoluxanların sayına görə Avropada birinci yerə çıxıb. Bundan başqa, o, qitədə ölüm halları qeydə alınmış yeganə ölkədir.

ANSA-nın məlumatına əsasən, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının icraiyyə komitəsinin üzvü Valter Riççardi xəbər verib.

Onun sözlərinə görə, ölkədə bu virusa 50 nəfərdən artıq insan yoluxub və onların heç biri Çində olmayıb.
Aztimes.az

Bildirilir ki, ilk yoluxma halları Milan və Turində qeydə alınıb. Məlumata əsasən, Paduy şəhərində Skyavoniya xəstəxanasında 300-ü xəstə və 150-i tibb müəssisəsinin əməkdaşları olmaqla, 450 nəfər izolyasiyada saxlanılır.

Xatırladaq ki, artıq İtaliyada koronavirusa yoluxmuş iki nəfər ölüb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here