Mitinqdə zorakılıq edən polislərə cinayət işi qaldırıldı

0
258

Rusiyada “Rosqvardiya”nın və DİN-in ötən ilin yayında Moskvada müxalifətin mitinqlərinin dağıdılması zamanı vəzifə səlahiyyətlərini aşan əməkdaşları cəzalandırılıblar.

Bu barədə Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondarev bildirib.

Onun sözlərinə görə, razılaşdırılmamış aksiyaların dağıdılması zamanı vətəndaşların hüquq və azadlıqlarını pozan əməkdaşlar cinayət məsuliyyətinə cəlb olunublar. Habelə xeyli sayda əməkdaş intizam məsuliyyətinə cəlb olunub və ya şifahi olaraq tənbeh ediliblər. Bundan əlavə bir çox əməkdaşlar xidmətdən azad ediliblər.

Bondarev qeyd edib ki, “Rosqvardiya”nın və DİN-in rəhbərliyi öz əməkdaşları ilə “böyük iş” aparıb. Senatorun fikrincə, ümumən güc strukturları əməkdaşlarının mitinqlərdəki davranışları adekvat olub.

Xatırladaq ki, 2019-cu il iyulun 27-də və avqustun 3-də Moskvada şəhər dumasına seçkilərdə müstəqil namizədlərin qeydə alınmamasına etiraz olaraq razılaşdırılmamış mitinqlər keçirilib. Polislər və “Rosqvardiya” bu aksiyaları zorakılıqla dağıdıb, 2 mindən çox adam saxlanılıb.
Aztimes.az.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here