Güvənli sabah üçün gənclərə səs verək

0
111

Güvənli Sabah üçün. Əziz Cəbrayıllılar və Qubadlılılar, 9 fevralda Milli Məclisə keçiriləcək seçkilər hər bir vətəndaşımızın həyatı üçün xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz bir sıra həll edilməsi vacib olan iqtisadi məsələlərlə qarşı-qarşıyadır. İqtisadiyyatımızın neftdən yüksək səviyyədə olan asılılığını sürətlə azaltmalı və müasir sənaye sahələrinin formalaşmasına çalışmalıyıq. Bu məqsədlə ölkəmizdə sahibkarlıq üçün imkanlar genişləndirilməli, rəqabət mühiti yaxşılaşdırılmalıdır.

Hazırda dünya ölkələri sürətlə elmə, biliyə və texnologiyaya əsaslanan iqtisadi inkişafa keçirlər. Bu yolda dünya ölkələri ilə rəqabət aparmaq üçün biz elmə, təhsilə və texnologiyaya olan xərclərimizi artırmalıyıq. Təhsildə keyfiyyət və əlçatanlığı artırmağımız iqtisadiyyatımızı daha da güclü edəcəkdir.

Köçkün ailələri, yaşlılar, məhdudiyyətli şəxslər və uşaqlar kimi cəmiyyətin həssas qruplarının hüquqlarının qorunması hər bir cəmiyyət üçün vacibdir. Çalışmalıyıq ki, bu qrupu təmsil edən insanlarımız dövlətin təqdim etdiyi sosial xidmətlərdən rahatlıqla faydalansınlar. Hər bir vətəndaşımızın keyfiyyətli tibbi xidmət hüququnu təmin etməliyik.

Əziz həmyerlilərim, millət vəkili olduğum təqdirdə qeyd etdiyim bütün məsələlər mənim əsas gündəmim olacaq. Çalışacağam ki, ölkəmizdə yeni dövrdə həyata keçiriləcək iqtisadi islahatlara millət vəkili kimi dəstək olum.

Bilirsiniz ki, iqtisadiyyatımız nə qədər güclü olarsa, insanlarımızın rifahı nə qədər yüksək olarsa Qarabağımızla bağlı haqlı mübarizəmiz də bir o qədər uğurlu olar. Hər uğurumuz bizi Qarabağımıza daha da yaxınlaşdıracaq!

Sizləri 9 fevralda seçkidə iştirak edib mənə səs verməyə çağırıram!

Haşiyə: Əhliman Abbasov 1990-cı ildə Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin və Böyük Britaniyanın Nyukasl Universitetinin məzunudur.

Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi çalışır.
9 fevralda Milli Məclisə keçiriləcək seçkilərdə Cəbrayıl-Qubadlı dairəsindən namizəddir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here