Azərbaycanlı jurnalist Türkiyədə vəfat etdi – FOTO

0
93

Azərbaycanlı jurnalist Aynur Təhməzova (Aynur Eyvazova imzası ilə tanınırdı) xərçəng xəstəliyindən vəfat edib.

Lent.az bildirir ki, həmkarımız Türkiyədə xəstəxanada vəfat edib. O, qan xərçəngindən əziyyət çəkirdi. Kimyaterapiyadan sonra ağciyərlər iflas edib. Cənazəsi bu gün Azərbycana yola salınacaq.

1973-cü ildə anadan olan Aynur xanım Azərbaycan mətbuatında “Yeni Müsavat” qəzeti, “Medifaorum” saytı və digər mətbuat orqanlarında fəaliyyət göstərib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here