Təzəpirin axundu Süleymanidən danışdı: “İnsan nə qədər vicdansız, insafsız olmalıdır ki…” – VİDEO

0
110

“Bəli, mən Qasım Süleymaninin ruhuna qibtə edirəm”.
AzTimes.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin məsulu və Təzəpir məscidinin axundu Mircəfər Əyyubov deyib. Axundun sosial şəbəkələrdə yayılan video görüntüsündə o bildirir ki, Azərbaycanda Qasım Süleymaninin öldürülməsinə iranlı bir zabitin öldürülməsi kimi baxanlar var və bu vicdansızlıq, insafsızlıqdır: “Bu adam bəşəriyyətə bir xidmət edib. İnsan nə qədər vicdansız, insafsız olmalıdır ki, bütün bəşəriyyətə xidmət edə-edə, canını ovcunda tutub yaşayan, kəfən əhlində yaşayan 62 yaşlı bir generalı, bir sərkərdənin ölümünə iranlı bir zabit gözü ilə baxsın”.
Axund həmçinin azərbaycanlılara müarciət edərək Qasım Süleymanin tarixini və bioqrafiyasını oxumağı tövsiyə edib: “Mən Azərbaycanın bəzi gənclərinə, bəzi yazarlarına çox təəssüf edirəm. Nə olub sizə, nə olub? Bəli, mən Qasım Süleymaninin ruhuna qibtə edirəm. Bir ömür mənimlə eyni əqidədə olub, əhli-beyt yolunda mübarizə aparıb. Qasım Süleymaninin tarixini, bioqrafiyasını oxuyun, maraqlanın. Azərbaycanlı dindar buna yas saxlayırsa, buna biganə yanaşmaq, buna farsçılıq kimi yanaşmaq, buna İrançılıq kimi yanaşmaq… O qədər dayaz düşüncəni bizim millətimizdən olan bəzi əzizlərimiz haradan alırlar, bu nə təfəkkürdür, bu nə düşüncədir?! Qasım Süleymani İranın deyil ki…”.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.
Sosial şəbəkələrdə yayılmış həmin kadrları təqdim edirik:

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here