“Maxim taxi-*2111-” dən rəzalət. Şok olacaqsınız

0
474

İnsanlar taksiyə olan tələbatı  taksi şirkətlərinin taksilərlə təmin edirlər. Ölkədə bir çox taksi xidməti fəaliyyət göstərir. Bunlardan biri də “Maxim taxi” kimi tanıdığımız *2111 taksi şirkətidir. Bu taksi şirkəti bəlkə də gün ərzində ən çox şikayət zəngi olan taksi şirkətidir. İşlə əlaqədar olaraq gün ərzində ən az 3-4 dəfə   şirkətə müraciət olunur. Ünvanın  dəqiq göstərilməsinə baxmayaraq  o qədər səriştəsiz sürücülər seçilir ki, adam özü taksilərin qarşısına 200, 300 metr çıxmalı olur. Əgər qeyd edilən ünvan 1.5 azn tutursa,  müştəri sürücüyə gələcəyi ünvanın izahına 5 azn xərcləyir.  Sürücülər də ki, maşallah bir də gördün aparıb səni elə ünvanda saxlayır ki, oranı  həmin ərazi Bakının planını quran mütəxxəssislərə belə məlum deyil. Çox maraqlıdır şirkət rəhbərliyi təqaüdçü əmi və dayıların işə qəbulu üçün elan verib?. Sürücüləri müşahidə edəndə məlum olur ki, kim özünü öz sənətində, öz kəndində, el – obasında tapa bilməyibsə hamısı istedadını bu şirkətdə sınayıb. Demək olar ki, sürücülərin əksəri naviqasiya sistemindən istifadə etmir. Bu da azmış kimi zənglərə cavab verən operatorlar  öz işlərində qeyri-peşəkardırlar.  Bir misal:  Rəşid Məmmədov-13  istiqamətindən 222 saylı məktəb istiqamətinə təyin olunmuş  4.8 azn məbləğ təşkil edən sifarişə eyni anda iki taksi təyin edilir. Biabırçı hal isə budur ki, sürücülərin heç biri dəqiq ünvana gəlmir. Biri 3-cü mk/rayon dairəsinə, Digəri isə Əcəmi metrosuna istiqamət alır. Daha böyük biabırçılıq isə hər iki taksinin ləğv olunması və bu barədə müştəriyə məlumat verilməməsidir. Digər bir misal: Hüseyinbala Əliyev 22 ünvanına təyin edilmiş taksi müştərini Alı Mustafayev ünvanında düşürərək uzaqlaşır. Bu da azmış kimi hələ təyin olunduğu yerə aparmaq üçün əlavə pul tələb edir.

Belə şikayətlər kifayət qədərdir. Narahatlıq doğuransa odur ki, şirkət rəhbərliyi bütün özbaşnalıqlara göz yumur, heç bir tədbir görmür. irəliləyən günlərdə şəhər sakinləri arasında keçirilən sorğu sizlərə təqdim olunacaq.

Ardı var….

AzTimes.az 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here