İlqar Yusifov: “Həyatınızı həsr etdiyiniz övladlarınızın təhsilinə, tərbiyəsinə önəm verin”

0
262

 

Cağdaş dünyamızda keçən zaman kəsiyində əksər insanların var-dövlətə, mal –mülkə olan hərisliyi getdikcə artmaqdadır.Xoşbəxtliyi bunda görənlər, həyatını dəyişmək istəyənlər, çox zaman qazandığının halal-haramına baxmadan, kiminsə haqqına girdiyini unudurlar.Necə gəldi varlanmaq eşqinə düşənlər, dostlarını-qohumlarını, hətta ailədə övladını unudanlar, bir şeyi unutmasınlar ki tarixdə dünyaya meydan oxuyan imperiyalar və imperatorlar, hökmranlar, taxt taca sahib şahlar belə bu dünyadan köç edəndə özlərilə heç nə aparmayıblar.Dünyanın fani, hər şeyin gəldi-gedər olduğu bu dövranda sevginizi övladlarınıza və əzizlərinizə verin.Dəbdəbəli yaşayış, zəngin həyat arxasınca qaçmayın, dünya malına aldanıb nəfsinizi ona təslim etməyin.Bu cür xoşbəxtliyin ömrü sabun köpüyü effekti daşıyır.Düşüncənizə uyğün olaraq, ətrafınızda olan insanların sizə münasibətidə maddi imkanlarınıza bağlı olur.Keçmişə boylanarkən cəmi 30-35 il bundan öncə həyatın nə qədər mənalı olduğu, insanlar arasında gözəl münasibətlərin yaşandığı,heç kimə sirr deyil.Məhz o baxımdan orta və yaşlı nəslin keçmişin təəssübün çəkməsi tam qanunauyğundur.Cünki yaranan münasibətlər nə pula nədə vəzifəyə söykənmirdi, ən böyük faktor məhz insan və qəlbimizə hakim kəsilmiş imanımızidi.Qurani kərimdə ənfal surəsi ayə 28 də deyilir:Bilin ki mallarınız və övladlarınız imtahan vasitəsidir və həqiqətən ən böyük mükafat,məhz Allahın yanındadır.İmandan və halalıdan uzaq düşüb, dünya malına göz dikənlər öz bəlalarını artırarlar.Təbii ki hər bir insanın yaxşı yaşamaq, gözəl həyat sürmək haqqı var amma bu qazana biləcəyi halal zəhmət müqabilində olmalıdır.Halaldan doğan gəlir xöşbəxtlik, haramdan doğan gəlir isə mütləq bədbəxtlik gətirər.İndiki dövrün insanları övlad evləndirib, qız köçürdərkən belə ilk öncə qarşı tərəfin maddi durumunu incələyir, sahib olduqları imkanları gözdən keçirirlər.Övladlarının xoşbəxtliyi, onların sağlam ailəyə çevrilməsi sanki bundan aslıdır.Zəngin ailə qohumluğu, dəbdəbəli toy mərasimi və bundan doğan xoşbəxtliyin ömrü əksər hallarda çox az çəkir.Cəmi bir neçə ay öncə ətrafına bunu fəxrlə deyib, ondan öyünən valideynlər, indi xoşbəxt yaşayan sadə bir ailənin həsrətin çəkir.Bu səbədən yeni qurulan ailələrdə nigahın erkən pozulması baş verir və təcrübəsiz gənclər buna görə cox vaxt əsaslı olaraq valideyinlərin qınayır.Sağlam düşüncəyə, normal təfəkkürə malik insanlar isə əsl xoşbəxtliyi gənclərin qarşılıqlı sevgisində ailələlər arasası səmimi münasibətlərdə görür. Əslində xoşbəxtlik nədir və insanlar bunu nədə görür?Cavablar kifayət qədər müxtəlif və fərqli ola bilər.Xoşbəxtlik gözlə görünməyən, ölçülməsi mümkün olmayan Allahın insana bəxş etdiyi ömrü sağlam, dərdsiz yaşamaqdır.Qəlbinizdən kin, nifrət, kədər, pis duyğuları silib atın, ruhdan düşüb qəmgin olmayın, saf duyğulara sevgiyə və mərhəmətə yol açın.Ətrafınıza baxın, kasıb halınıza görə utanmayın, səhətində problemi olan insana münasibətdə Tanrının verdiyi sağlam cana şükürlər edin.Əgər hələ ayaqdasınızsa, heç kimə möhtac deyilsinizsə, sevdiklərinizin sağlıq durumu yerindədirsə bu tanrının sizə böyük iltifatıdır. Əllərinizi Allah dərgahına açıb dualar edin, istəklərinizi uca yaradandan diləyin.Xoşbəxtliyi həyatına gətirməkdə, bunu taleyinin qisməti etməkdə də hər bir insanın özünün böyük rolu var. Həyatınızı mənalı etməyin səbəblərini tapın. Sevincinizi paylaşın, sizin üçün əlamətdar olan günləri unudulmaz edin, ailənizə dostlarınıza vaxt ayırın həyatınıza rəng qatın.Tanıdığınız insanlara yardımçı olun, bacardığınız köməyi əsirgəməyin, onların ugur qazanması üçün sizdə dəstək göstərin, qoy bu ugurda sizində payınız olsun. Təbiətin seyrinə çıxın, onun gözəlliyindən zövq alın.Həyatınızı həsr etdiyiniz övladlarınızın təhsilinə, tərbiyəsinə önəm verin.Onların xoşbəxt gələcəyi hər bir valideyinin ən böyük sevincidir.Məgər ömrünüzün ən böyük mənası onların xoşbəxtliyi üçün deyilmi? Hər bir insanın həyatında cətin və kədərli günlər ola bilir amma taleyimizə yazılan qisməti bəzən dəyişə bilməsəkdə bunların bizim səhv və ya günahımız ucbatından olmaması üçün yanlış qərarlar verməməli böyüklərin nəsihətini xeyir-dualarını da almalıyıq.Unutmayın hər birimizin yaşadığı ömrün bir sonu var, bizdən geriyə qalan əməlllərin sahibi kimi axirəti qazanmağımız həyatda necə bir insan olmamağımızdan da aslıdır.Xoşbəxtliyinizi qazanmağı çalışdığınız kimiç axirətinizidə qazanmağı bacarın.
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin Müəllimi: İlqar Yusifov.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here