” O parlamentlə islahatlar mümkün deyil” Şəhid oğlu parlament seçkilərində mübarizəyə qoşuldu-MÜSAHİBƏ

0
409

Parlamentin buraxılması gənclərdə ümid qığılcımlarını anidən alovlandırdı.  Bələdiyyə seçkilərindən dərhal sonra namizədliyini irəli sürənlər arasında gənclər daha çox üstünlük təşkil edir.  Ölkənin ictimai-siyasi  səhnəsində  xüsusi nifuza və rola malik fiqurların Parlament seçkilərində iştirakını elan etməsi insanlarda ruh yüksəkliyi, islahatlar dalğasının əbəs ötüşmədiyini göstərir. Bu həm də bu dəfəki seçkilərin maraqlı olacağı ilə yanaşı namizədlər üçün heç də asan olmayacağını göstərir.

 Bu seçkilərdə tanınmış simalarla yanaşı Azərbaycanın bütövlüyü uğrunda gəncliyini, şəxsi həyatını, sağlamlığını fəda etmiş veteranlara  da rast gəlmək olur ki, yaxın günlərdə onlarla da tanış edəcəyik sizləri. Bu günkü müsahibimizsə Azərbaycanın qəhrəman oğlu, Vətənin darda olduğunu eşidən kimi xaricdəki biznesindən imtina edərək vətənə dönən və döyüşlərdə qəhrəmancasına şəhid olan Arzuman İbrahimovun övladı Asif İbrahimovdur. Asif İbrahimov uzun müddət  iqtisadi sektorda fəaliyyət göstərmişdir. Azərbaycanda yetəri qədər nifuza malik olan  A.İbrahimovdan niyə namizədlik verməsinin səbəbini soruşduq:

-Namizədlik vermə səbəbiniz?

-Mən on ildən artıqdır ki, Azərbaycanda iqtisadi sahədə məsləhət xidmətləri həyata keçirirəm.verdiyimiz məsləhət xidmətləri sayəsində müştərilərə məhsullarının xarici bazarlara çıxarılmasına yardımçı oluruq. Son dönəmdə islahatlar dalğasının başlaması və bunun sırf xalqın maraqlarına xidmət etdiyini gördükdə anladım ki, bu islahatların mərkəzində Azərbaycan vətəndaşı və iqtisadiyyatı dayanır. Mən bayaq qeyd etdiyim kimi elə bir sektorda çalışıram ki, daim insanlarla ünsiyyətdə oluram. Bu baxımdan da insanların hansı problemlərlə üzləşdiyi, hansı sahədə çətinliklərinin olmasını yaxşı görür və anlayıram. Belə qərara gəldim ki, Milli Məclisdə onları təmsil etməm vətənə və xalqa daha çox xeyir verməmə şans yaradar, daha çox faydam toxunar. Həm də qanunda olan boşluqlar məni bu addımı amağa vadar etdi….. Boşluqlar çoxdu. Həm də yetərli dərəcədə. Biz bunu fəaliyyət sahəmizdə görürük. Uzun illərdir ki, Azərbaycanda rəqabət qanunvericiliyi qəbul edilə bilmir. Rəqabət məcəlləsinin qəbul edilməsi Azərbaycanda iqtisadi mühitin tam formalaşmasına təkan verə bilər. Məsələn Azərbaycanda böyük imkanlara malik xarici vətəndaş da biznes qurur, sadə vətəndaş da biznes qurur. O məmur oz nüfuz və imkanlarından istifadə edərək yerli vətəndaşı sıxacaq. Sadə vətəndaşın biznesi üçün mühit formalaşdırılmalıdır ki, bu da qanunvericilikdə öz əksini tapmalıdır. Bundan başqa bir misal çəkim . Biz bilirik ki, 11 iqlim qurşağından 9 -u Azərbaycandadır. Amma biz Azərbaycanın pessisif sənayeləşdirilmiş kənd təsərrüfatına doğru can atırıq. Mənim zənnimcə bu doğru deyil. Təbiətin bizə bəxş etdiyi mühitdən istifadə edərək orqanik kənd təsərrüfatı məhsullarına üstünlük verməliyik Çünki biz Dünya bazarında Hollandiya ilə rəqabət apara bilməyəcəyik. Bu da bir daha sübut edir ki, qanunvericilikdə boşluq var. AB-nin 834-cü drekti var ki, Azərbaycanın qanunvericiliyi ona uyğunlaşdırılmalıdır ki, sadə fermer – böyük təşkilatları deməyəcəm , çünki onların maddi imkanları xaricdən mütəxxəssis və ekspert dəvət etməyə yetəcək qədər imkanları var ki, bu mərhələni keçsinlər. Amma sadə fermerin Avropa bazarına məhsul çıxarmaq üçün etaplardan keçməlidir. Bununçün də münbit qanunvericilik olmalıdır. Bundan başqa ekoloji sahədə qanunvericilikdə boşluqlar var. Biz qanunvericiliyin hazırlanmasında xaricdən mütəxəssislər dəvət edirik ki, bu da ölkə büdcəsindən yüksək məbləğlərin sərf olunmasına səbəb olur. Amma Milli Məclisdə yerli ekspertlərimiz təmsil olunarsa bunun nəyi pis olardı ki…

Kənd t təsərrüfatı dedikdə bir rayonu nəzərdə tutmamalıyıq . Kənd təsərrüfatı dedikdə real – torpaqla əlləşən zəhmətkeş insanlar nəzərdə tutulur. Bu sahədə islahatların aparılması artıq zərurətdir. Biz buraxılmış parlamentlə bunu əsla edə bilmərik. Parlamentdə yeni nəfəs, yeni simalar və ideyaları olan insanlar lazımdır. Yeni parlamentdə sosioloqlar, iqtisadçılar, hüquqşünaslar təmsil olunmalıdır.

-Yaşlıları görmək istəyərdinizmi parlamentdə, yoxsa ancaq gənclərdən təşkil olunmalıdır növbəti parlament?

-Yaşlılar dediyimiz bir az nisbi anlayışdır. Daha təcrübəli nəslin faydası var. Ancaq bütün parlament yaşlılardan ibarət olmamalıdır. Aktiv , işlək, çətinliklərə sinə gərməyi bacaran , problemlərdən anlayışı olan şəxslər təmsil etməlidir Azərbaycan vətəndaşını xalqın içərisindən çıxan şəxs daha yaxşı təmsil edə bilər. Fərqi yoxdur yaşının qoca , ya cavan olmasından. Əsas odur ki, xalqın dərdini parlamentdə dilə gətirə bilsin. O gücü, o potensialı olsun…. Xaricdə təhsil, xaricdə təcrübə yüksək göstərici meyar deyil. Çünki bizim cəmiyyət tam başqa formalaşıb. Bəzən belə olur: Xaricdə təhsil alıb, savadlıdır başa çəkilməlidir. Xeyir. Belə deyil bəzən elə olur ki, uzun müddət xaricdə yaşayaraq təhsil alan şəxs gəlib adaptasiya ola bilmir. O, öz sahəsinin bilicisi ola bilər.Ancaq o, burdakı problemləri görməyib. Hər şeyi xaricdə gördükləri ilə uyğunlaşdıraraq qərar verir . Bu isə xalqın ziyanına işləyir. Mən yenə deyirəm. Millət vəkili xalqın arasından çıxmalıdır ki, Əhməd əminin , Gülbahar xalanın problemlərindən anlayışlı olsun. Ona uyğun qərarlar qəbul edilməsində vəsilə ola bilsin.

– Namizədlik verdiyiniz Xətai rayonu 34 -cü dairədən özünüzə rəqib görürsünüzmü?

-Xeyir görmürəm. Ola bilər ki, mənə rəqib olan şəxs və ya şəxslər hər hansısa nüfuzlu bir partiyanın üzvüdür. Lakin şərt partiya üzvü olmaqdan getmir, fərdi keyfiyyətlərdən gedir. Mən də bir çox istiqamətdə YAPın fəaliyyətini dəstəkləyirəm. Amma namizəd vətəndaşın xeyrinə qatqı qata biləcək biri olmalıdır. Bu barədə özümə rəqib görmürəm.

-Bəs sizdə təşkilatlanma necə gedir?

-Bizdə cəmi 3 gün ərzində imza toplanması bitdi. Bu mənim özüm üçün də çox gözlənilməz oldu. Yəqin ki, insanlar yeni sima, yeni ruh axtarışındadırlar. Təşkilatlanma barədə hər şey qaydasındadır. Yekun qərar verildikdən sonra qərargahımız fəaliyyətə başlayacaq. Təbiidir ki, parlament seçkilərində müşahidəçilərimiz təmsil olunacaq.Ümumi manitorinq qrupu olacaq. Seçkidə adı olmayan insanlar bu haqda məlumatlandırılacaq. Biz seçicilərlə görüşlər təşkil edəcəyik. Mən özüm də çox istərdim ki, seçicilər seçkilərdə namizədliyini irəli sürmüş hər bir namizədi yaxından tanısınlar və laiq olana səs versinlər.

-Bildiyimiz kimi xalqın və dövlətin leyhinə və əleyhinə verilən qərarların  əksərinin beşiyi Parlamentdir. Siz bu məsuliyyətdən qorxmursunuz ki? Yəni bu məsuliyyəti gözə almısınız?

-Mən şəhid oğluyam. Mənim Atam bu vətənin bütövlüyü uğrunda canını fəda edib. Onu körpə yaşlarımda itirsəm belə hər daim “Şəhid balası” kimi adın yükünün nə qədər ağır olduğunu dərk etmişəm . Mən vətənimə və seçicimə he bir zaman etibarsızlıq etmərəm. Bunun tək namizəd kimi yox bir vətəndaş kimi  nə qədər ağır məsuliyyət olduğunu dərk edirəm.

-Son sualım: Çox vaxt səmimiyyəti ilə qəlbləri fəth edən şəxslər seçildikdən sonra əlçatmaz olur. Parlamentdə təmsil olunsanız, mediayaya yenə də açıq olacaqsınızmı?(Gülür)

– Medianı daim izləyirəm. Vaxt məhdudiyyəti olsa belə hər sahədə gedən xəbərdən məlumatlanmağa çalışıram.  Media güzgüdür. Başqalarının səhv və düzlərini izləyərək öz üzərimdə işləməyi, müəyyən əskikliklərdə düzəlişlər aparmağı bacarmışam. Media böyük qüvvədir. Bu baxımdan da gələcəkdə millət vəkili seçilərəmsə mediaya açıq millət vəkillərindən olacağımı düşünürəm.

-Səmimi müsahibəyə görə sizə dərin minnətdarlığımı bildirir, seçkilərdə uğurlar arzu edirik.

-Minnətdaram.

Pərvin Abışova/AzTimes.az/

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here