Analoqu olmayan uşaq bağçası – ayaqyolu yoxdur- VİDEO

0
263

Astaranın Pensər kəndinin yolları barədə sizə  məlumat vermişdik. İndi isə Pensər kəndində yerləşən uşaq bağçasından danışmaq istəyirik. Bağçaya daxil olduqda ancaq oyuncaqlar və balaca yataqlar buranın bağça olmasını sübut edə bilər. Sovet hakimiyyəti dövründə tikilən bağça yararsız haldadır.  Xüsusilə də soyuq aylarda yağıntı olduqda sel-su tavandan otaqlara axır. Otaqların tavanından və divarlarından nəmişlik yağır.

Biz  AzTimes.az komandası olaraq bağçada çəkiliş apararkən bağçanın direktoru İradə Nəsirovanın İcra hakimiyyətinə çağrıldığı bildirildi. Lakin sonra bizimlə əlaqə saxlayan xanım bağçada çəkilişə icazə olmadığını, təcili oradan uzaqlaşmağımızı tapşrdı.Tərbiyəçilərin bəziləri mane olmaq istəsələr də körpələrə canı yanan, cəsarətli biri tapıldı və vəziyyəti bizə izah etdi. Məlum oldu ki, illərdir bağçanın ayaqyolusu işləmir. Bu da istər tərbiyəçilərə, istərsə də körpələrə çətinlik yaradır.  Cəmi 100 , ən yuxarı 200 azn-ə çalışan tərbiyəçilərin çətin şərtlər altında çalışması azmış kimi bir də belə bir çətinliklə üzləşirlər.  Buna görə də kənd əhalisi xəstəlik mənbəyi olan bu baxçaya övladlarının gəlməsini istəmir, qonşu kəndlərin və qəsəbələrin bağçalarına üz tutmaga məcbur olurlar. Kənd əhalisi aidiyyatlı orqanlardan bağça haqqında tədbir görülməsini istəyir.

Pərvin Abışova /AzTimes.az/

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here