Göyçayda həkim piyadanı maşınla vurub öldürdü

0
1035

 

Göyçayda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzTimes.az xəbər verir ki, hadisə Göyçay şəhərində qeydə alınıb. Rayon sakini Dinar Baxışov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1957-ci il təvəllüdlü İmanova Səadət Məmməd qızını vurub. Hadisədən dərhal sonra sürücü tərəfindən xəstəxanaya çatdırılan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəzanı törədən sürücü Göyçay rayon Təcili Tibbi Yardım Stansiyasının həkimidir.

Faktla bağlı araşdırma aparılır.

AzTimes.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here