Yardımlıda İdman Kompleksinin tikintisinin başa çatdırılmasına 7,5 milyon manat ayrılıb

0
52

 

Prezident İlham Əliyev “Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamla Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 7 511 400 manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here