Göyçayda qəza – 6 nəfər yaralandı

0
841

Göyçayda toya gedən avtomobillərin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

AzTimes.az xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunda, Göyçayın Bığır kəndi adlı ərazisində baş verib. Minik avtomobili ilə Göyçayın Qaraməryəm kəndindən rayon mərkəzində keçirilən toy mərasiminə gedən kənd sakinləri, qarşı tərəfdən gələn digər minik avtomobili ilə toqquşub.

Toqquşma zamanı Qaraməryəm kənd sakinləri 1964-cü il təvəllüdlü Abbasov Əmirşah Aslan oğlu, 1964-cü il təvəllüdlü Abbasova Qənimət Xəlil qızı, 2007-ci il təvəllüdlü Seyidov Rövşən Əziz oğlu, 1981-ci il təvəllüdlü Seyidov Əziz Musa oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Samir Sabir oğlu, 2004-cü il təvəllüdlü Məmmədzadə Elmir Samir oğlu Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

AzTimes.az 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here