Göyçay sakinindən şikayət: “Vəzifəli şəxslərə şikatət etsən,sənin üçün böyük problem yaradarıq”

0
71

 AzTimes.az saytı xəbər verir ki, Göyçay rayon sakini  baş nazirə ərizə ünvanlayıb.  Ərizədə deyilir:

” Azərbaycan Respublikasın

Naziri Cənab Əli Əsədova
Göyçay rayon sakini 1-ci qrup

əlil(Yataq Xəstəsi)Əhmədov

Şahin İdris oğlu tərəfindən

ƏRIZƏ

Salam Hörmətli Cənab Baş Nazir!

Mən Əhmədov Şahin Idris oğlu 1956-cı ildə Göyçay rayonunda anadan olmuşam.1965-ci ildən uşaq Serebral iflici nəticəsində hər iki əl və ayağımdan məhrum olmuşam. Valideyinlərimin köməkliyi ilə orta təhsil almışam.Ailəliyəm,iki övladım var.Hər ikisi ailəlidir.Həmçinin oğul övladım da acınacağlı xəstədir(əlildir).

Bizim ailə mənim aldığım pensiya ilə dolanır. Üstəlik hər ay müalicəmi də pensiyamın pulu ilə alıram.

Hörmətli Cənab Baş Nazir!Bizim ailə 1950-ci ildə tikilmişmiş qəzalı evdə yaşayır. Xüsusən də evin dam örtüyü çox bərbad vəziyyətdədir. Yağan qar-yağış tamamiylə evə dolur. Dəfərlə rayondakı aidiyyati qrumlara məlumat vermişəm. Bir müddət öncə rayonda  əsən güclü külək nəticəsində evin dam örtüyündəki şifirləri  külək daha da aralı etdi.İndi yağan yağış əvvəlkindən daha evə dolur. Rayon icra Başçısı Mehdi Səlimzadənin,1-ci muavin İkram Vəliyevin və icra aparatının bir çox məmurlarının qəbulunda olmuşam. Onlar isə bizim Fondda pul olmadığını deyərək bizi yola veriblər.

Və mənə oradan deyirlər ki,yüksək Vəzifəli şəxslərə şikatət etsən,sənin üçün böyük problem yaradarıq.Və pensiyamın kəsiləcəyi barədə məni təhdid edirlər.

Keçən həftə məni rayon icra aparatına çağırdılar.Bundan öncə Sizə yazdığım məktublara görə məni incitdilər və təkrarən təhdid etdilər ki,sənin üçün çox pis olar,ağıllı ol dedilər. Bu gün(17/10/2019) isə Göyçay rayon Icra Hakimiyyətliyindən və rayon Mənzil Istismarı idarəsindən Bizə nümayəndələr gəldi və Sizin onlara verdiyiniz o qədər tapşırığa baxmayaraq dedilər ki,bizim büdcədə evi remont edəcək həmin məbləğ yoxdu. Sanki Sizin tapşırığınıza göz yumurlarmış kimi davrandılar.

Həqiqət də Siz və Nazirlər kabineti Vətəndaşlara qarşı çox Ədalətli və yardımsevərsiniz.

Xaiş edirəm Bizə yardîm edəsiniz. Allah Sizləri Qorusun!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here