Ağsuda qəza – 1 nəfər öldü

0
89

 

Ağsu rayonunda ölümlə nəticələnən ağır yol qəza hadisəsi baş verib.
AzTimes.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günün birinci yarısında​ Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində qeydə alınıb. Asfalt zavoduna məxsus yük avtomobilinin aşması nəticəsində Bakının Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tahir Kamil oğlu və Sumqayıt sakini, 1993-cü il təvəllüdlü Abdullayev Rasim Rüstəm oğlu ağır xəsarət alıblar. Yaralılar təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq Tahir Rüstəmov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev, AzTimes.az – Ağsu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here