İsmayıllıda keçirilən iməcilikdə 1000 ədəd ağac əkilib

0
75

 

Noyabrın 16-da İsmayıllı rayon sakinləri iməcilik keçirərək 1000 ədəd ting əkiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması məqsədilə keçirilən iməcilikdə İsmayıllı ərazisindən keçən magistral yolun kənarında, ayrılmış sahədə çinar, akasiya, ağcaqayın ağaclarının tingləri əkilib. Yeni əkilən tinglər suvarılıb, dibləri bərkidilib. Eyni zamanda, əkilən tinglərin mühafizəsi üçün sahənin sərhədlərinə çəpər çəkilib.

İməcilikdə rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar və gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

AzTimes.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here