Daha bir süpürgəçini maşın vurub öldürdü

0
447

Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb.

AzTimes.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı keçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

AzTimes.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here