Göyçayda rabitə dirəyi qırılaraq traktorun üzərinə aşıb (FOTO+VİDEO)

0
420

 

Göyçayda rabitə dirəyi qırılaraq hərəkətdə olan traktorun üzərinə düşüb. AzTimes.az xəbər verir ki, hadisə rayonun Yekəxana kəndi ərazisində baş verib. Kənd sakini​ ​Xəyal Hüseynovun idarə etdiyi Belarus markalı traktorla hərəkətdə olarkən anidən rabitə dirəyi traktorun üzərinə aşıb. Nəticədə traktora ziyan dəyib. Hadisədən sonra kəndlə rabitə əlaqəsi kəsilib. Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here