Jurnalistlər müraciət etdi: “Zəruri ölçü tədbirinin görülməsi üçün  köməklik göstərin”

0
240

AzTimes.az xəbər verir ki, 19 oktyabr 2019-cu ildə Milli Şuranın 28 may metrosu ətrafında təkil olunmuş icazəsiz mitinqində təzyiqə məruz qalmış jurnalistlər Mətbuat Şurasının sədri Əflatun  Amaşova  müraciət  ünvanlayıb.

Fərid İsmayılzadə, Gülnaz Qənbərli, Peyman Sadıqov, Dəyanət Babayev,Pərvin Abışova, Nurlan Qəhrəmanlı,Vüsalə Rüfət, Təbriz Mirzəyevin  DİN-nin Çevik Polis alayının əməkdaşları tərəfindən təzyiqə məruz qalmaları ilə bağlı BŞBPİ-nin mətbuat xidmətinə məlumat vermələrinə baxmayarq DİN-in mətbuat xidməti jurnalistlərə heç bir təyziqin olmaması ilə bağlı məlumat yayıb. Bu da  zorakılığa məruz qalmış media nümayəndələrinin etirazına səbəb olub.  Bununla əlaqədar olaraq Gülnaz Qənbərli, Nurlan Qəhrəmanlı və Pərvin Abışova Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət ünvanlayıb. Müraciətdə deyilir:

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı cənab Əflatun Amaşova Oktyabrın 19-da Milli Şuranın keçirdiyi icazəsiz mitinqdə xəsarət alan media nümayəndələri tərəfindən

 

 M Ü R A C İ Ə T

Hörmətli Əflatun müəllim, Bildirmək istəyirik ki, oktyabrın 19-da Milli Şuranın keçirdiyi icazəsiz mitinqi işıqlandırarkən biz – Gülnaz Qənbərli, Pərvin Abışova, Nurlan Qəhrəmanlı (Nurlan Libre) dəfələrlə Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları tərəfindən şiddətli təzyiqlərə məruz qaldıq, xəsarət aldıq. Xəsarət alanlardan G.Qənbərli və P.Abışova DİN Hospitalanın Təcili Tibbi Yardım avtomobili ilə Dəmiryolu Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildik. Müayinə zamanı bəlli oldu ki, G.Qənbərli sinəsindən, nəfəs borusundan və ayağından xəsarət alıb. Eyni zamanda P.Abışovanın sol ayağında və sağ çiynində gematomalı əzik qeydə alınıb. N.Qəhrəmanlıya isə peşə fəaliyyətini yerinə yetirərkən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı Cavid Talıbov tərəfindən təzyiq olunub. Onun sol ayağı əzilib. Həmin gün baş verənlərlə bağlı bildiririk ki, G.Qənbərli və N.Qəhrəmanlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən idarəyə aparılıb. Profilaktik söhbətdən sonra sərbəst buraxılıblar. Hadisə zamanı G.Qənbərlinin «İphone 5s», P.Abışovanın «Samsung Note3» mobil telefonu Çevik Polis Alayının əməkdaşları tərəfindən sıradan çıxarılıb, istifadəyə yararsız vəziyyətə salınıb. Zəruri qeyd edək ki, hadisə yerində çəkiliş apararkən mətbuat nümayəndələrinə BŞPİ-nin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev, eləcə də Mətbuat Şurasının əməkdaşı Əvəz Rüstəmov maksimum dəstək verdilər, onları qorudular. Cənab Amaşov, xahiş edirik ki, ölkədə fəaliyyət göstərən media orqanlarının əməkdaşlarına kütləvi aksiyalar zamanı peşə fəaliyyətlərini yerinə yetirmələri üçün maneə törədən DİN əməkdaşları barədə zəruri ölçü tədbirinin götürülməsi üçün köməklik göstərəsiniz.

Hörmətlə: Gülnaz Qənbərli (050) 597 32 59

Pərvin Abışova (051) 674 03 59

Nurlan Qəhrəmanlı (055) 785 20 93

23.10.2019

AzTimes.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here