Göyçayda 29 yaşlı gənci bıçaqlayan şəxsin kimliyi məlum olub

0
816

 

Göyçayda bıçaqlanma hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəfov Əbülfəz Əvəz oğlu bıçaq xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Göyçay rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzTimes.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here