KAMİL BAĞIROV DOĞUM GÜNÜNÜ QEYD EDİR

0
44


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölğəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov goğum {gününü qeyd edir.
Bağırov Kamil Zülfi oğlu Masallı rayonunun Kəyəçöl kəndində anadan olub. Doğulduğu kənddə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filologiya fakültəsinə daxil olub.Ali təhsilini uğurla başa vuran K. Bağırov böyüyüb boya-başa çatdığı kənddə müəllim kimi fəaliyyətə başlayır.K. Bağırovun İşgüzarlığını və təşkilatçılığını nəzərə alan rayon rəhbərliyi onu Masallı Rayon Təhsil Şöbəsində kadrlar İdarəsinin rəisi vəzifəsinə irəli çəkib. Uzun illər həmin vəzifədə çalışan K. Bağırov gənc nəslin təlim-tərbiyəsində və pedoqoji kadrların seçilib yerləşdirilməsində fəaliyyətinə görə dəfələrıə Təhsil Nazirliyinin fəxri-fərman, diplomlarına layiq görülüb.
K. Bağırov 2016-cı ildə Ölkə Başçısının Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülüb.
2018-ci ildə Həcc ziyarətində olub.
AZTİMES. AZ olaraq Kamil Bağırovu doğum günü münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here