Göyçayda hind narı yetişib – FOTO + VİDEO

0
786

 

 

 

Azərbaycanda ilk dəfə olaraq hind narını yetişdirən Göyçay şəhər sakini Rafiq Xəlilov olub. Onun oğlu Natiq Xəlilovun sözlərinə görə, bu nar bir çox xəstəliklərin dərmanıdır. AzTimes.az xəbər verir ki, Dünyada hind narı kimi tanınan, türklərin “Qüdrət narı” adlandır yeni sort da bunlardan biridir. N.Xəlilov qeyd edib ki, narın toxumları Hindistandan gətirilmişdir. Toxumlar əvvəlcə xüsusi qablarda yetişdirilmiş, sonra əldə olunan şitillər bağ torpağına köçürülmüşdür. Başqa sortlarla müqayisədə tez yetişən hind narı qeyri-adi görünüşə, dada və rəngə malikdir. Hind narının dənələri qırmızı olsa da, adi nar dənələrindən böyükdür.

Xatırladaq ki, hind narı bir neçə dəfə Göyçayda keçirilən nar bayramında nümayiş etdirilib.

 

Davud Tarverdiyev , Babək Abdurrəhmanov – AzTimes.az Göyçay.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here