GDİTK-nin müəllimi: “Müəllim gələcəyə işıq salan insandır”

0
105

 

Müəllim gələcəyə nur saçan, hər bir insanın elm və biliyə nail olmasında əvəzsiz rol sahibi olan müqəddəs varlıqlardan biridir.

Bizim əlimizdən tutub yazmağı və oxumağı öyrədən, nəvaziş göstərən saçlarımıza sığal çəkən peşə sahibidir. AzTimes.az xəbər verir ki, bunu sözlərində, Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin müəllimi İlqar Yusifov bildirib. O, qeyd edib ki, ilk dəfə sinifə qədəm qoyduğumuzda doğma anamız qədər qayğı göstərən, təhsil almağımız üçün öz həyatını həsr edən insandır. Bu şərəfli sənət sahibləri mənəvi aləmin memarı, bu yükü vicdanla daşıyan Allahın lütvi ilə yüksək mərtəbəyə layiq bilinən seçilmişlərdəndir. İ.Yusifov sözlərində əlavə edərək, məhz müəllimlərin sayəsində vətənimizi sevməyi, adət-ənənələrimizə sahib çıxmağı bacardığımızı söyləyib. Müəllimin ən böyük qazancı təhsil verdiyi tələbənin uğurları və qazandığı nailiyyətləridir.

Sonda İlqar Yusifov, 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edərək onlara peşə fəaliyyətində uğurlar arzulayıb.

Davud Tarverdiyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here