“Naxçıvan 95” devizi altında keçirilən Rəsm Festivalının birinci mərhələsi başa çatdı

0
93

AzTimes.az saytı xəbər verir ki,  bir müddət  öncə start verilmiş “Naxçıvan 95” devizi altında keçirilən Rəsm Festivalının  02oktyabr 2019-cu il tarixində yekunlaşıb .

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 may 2019-cu il tarixində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Rəsm Festivalının keçirilməsi haqqında Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Bilik Fondunun və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə “Naxçıvan 95” devizi altında rəssamlar arasında eyni adlı müsabiqə keçirilmişdir.
02 oktyabr 2019-cu il tarixində Naxçıvan MR Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Festival çərçivəsində ilkin mərhələ olaraq, 4 nominasiyada rəngkarlıq, qrafika,dekorativ tətbiqi sənət və plakat nominasiyalarında keçirilən müsabiqəyə 29 rəssamın 37 əsəri təqdim olunmuş və münsiflər heyyəti tərəfindən qaliblər müəyyən edilmişdir.
Qeyd edək ki,seçimlərdə əsasən tematikaya uyğunluq, ideya, işçilik və ölçüyə uyğun olunan əsərlər seçilmişdir.
Müsabiqədə qalib olan rəssamlara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən pul mükafatı və Rəssamlar Birliyinin diplomları təqdim olunmuşdur.

Mükafatçılar  “Qrafika”,”Rəngkarlıq” ,”Dekorativ tətbiqi sənət”  və” Plakat” naminasiyaları  üzrə 2000, 1500, 800, 500.100 azn məbləğində mükafatlandırılmışlar.

Qrafika üzrə birinci yerə layiq görülən Araz Xudiyev 1500 AZN məbləğində mükafata laiq görülmüşdür. Daim uğurlu fotoları ilə diqqət çəkməyi bacaran gənc fotoqrafı AzTimes.az komandası adından təbrik edir, uğurlarınız bol olsun deyirik.

AzTimes.az

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here