Göyçay narı Rusiya və Ukraynaya ixrac olunur

0
178

 

Göyçayda nar yığımına başlanılıb, məhsullar həm daxili bazarlara çıxarılır, həm də Rusiya və Ukraynaya ixrac olunur.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, narçılıq Göyçayda ənənəvi sahədir və hazırda 3327 hektar bar verən bağ var. Cari ildə daha 16 hektarda yeni bağ salınıb. Rayonun bütün ərazi dairələrində sakinlər narçılıqla məşğuldur. Bığır, Qarabaqqal, Alxasava, Aşağı Qaraməryəm və Mirzəhüseynli ərazi dairələrində bu sahə daha geniş yayılıb.

Qeyd edək ki, rayon üzrə ötən il bağlardan 31 min 107 ton nar yığılıb. Hər hektardan məhsuldarlıq 93,5 sentner təşkil edib. Cari ildə bölgədə ötən illə müqayisədə daha çox məhsul istehsalı gözlənilir.

Rayonda kütləvi nar yığımına oktyabrın birinci ongünlüyünün sonlarında start veriləcək.

AzTimes.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here