Pizza və makaronlu dietlə 32 kq arıqladı

0
41

 

Böyük Britaniyalı Samanta Friqo maraqlı diet üsulunu sınaqdan çıxarıb.

“Lenta.ru” xəbər verir ki, sözügedən xanım pizza və makaron yeyərək 32 kq arıqlayıb.

Pabların birində menecer kimi işə başlayan Samanta yemək və içkinin pulsuz olması səbəbindən hər gün kalorili yeməklərdən istifadə etdiyi üçün qısa zamanda kökələrək, 92 kq çəkiyə çatıb.

Bundan sonra narahatlıq keçirən xanım maraqlı diet üsulu tapıb. Menyusundan pizza və makaronu çıxarmayan qadın bunun qarşılığında qazlı sular və “fast-food”dan tamamilə uzaqlaşıb.

Üstəlik, həftənin beş gününü idmana ayıran Friqo nəticədə 32 kq çəki atmağa nail olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here