Ramilə Sultan Yafəs Türksəs barədə nələr dedi-Oxuduqlarınıza inanmayacaqsınız

0
843

Yasəf Türksəsin eşq elanına jurnalist Ramilə Sultanın cavabı gecikmədi. AzTimes.az saytına açıqlama verən xanım bununla yanaşı maraqlı nüanslara toxunub.

-Mən gəncəm. Yasəf müəllim çox böyükdür. Çox qadınlara əl tutub. Düzdür mənə yardımı toxunmasa da onun dəstəyi ilə çox xanımlar şou-biznes və media aləmində sözlərini deyirlər. Amma mən heç vaxt Yasəf bəylə sevgili olmamışam. Yaşlı adamdır. Nə də onun fikrinə görə onu təhqir edəsi deyiləm. Şairlər də belədir də. Gündə birini sevirlər, onlardan ilhamlanaraq yeni şerlər yazıb yaradırlar. Mənim Yasəf Türksəslə dostluq münasibətimdən başqa bizi heç nə bağlamır.

-Bəlkə sevgilinizin adını açıqlayasınız ki? Bu dedi-qodulara son qoyar fikrimcə.

-Kimin adını açıqlayım? Sevgilim yoxdur axı.(Red:gülür)

-Bilirik ki, çoxlarının arzuladığı xanımsınız. Bəs o “Ağ atlı oğlan” necə biri olmalıdır?

-Baxın. Mənim boyum 173 sm-dir.  Boyu balaca kişilər mənim heç vaxt maraq obyektim olmayıb. Bu arada Yafəs Türksəs də balacaboydur. Hündür olsaydı nəyəsə ümid edə bilərdi(Red:Gülür). Mənlə sevgili olacaq şəxs  azından boylu-buxunlu, görkəmli biri olmalıdır. Azərbaycan kişisinə xas olan bütün xüsusiyyətləri özündə cəmləməlidir.  Azərbaycan  kişiləri çox istiqanlı, ailəcanlı olurlar. Hərəkətlərini ölçüb-biçməyi bacarırlar.

Əksər vaxt sosial şəbəkələrdə  status yazan kimi ya rəylərdə, ya da  şəxsidə eşq elan edirlər. İnanın ki, belə şeylərlə mənim qəlbimi ovsunlamaq olmaz. Bizim 17-18 yaşımız yoxdur. Olğun insanlarıq. Bir kişi sevgisini əmli ilə sübut edərək sevərək dəyər verdiyi qadının qlbini fəth etməlidir. Boş boş sözlərlə yox.

-Bəs sevgiliniz olanda onu ictimaiyyətə açıqlamağı düşünürsünüzmü?

-Əlbət də. Mənim üçün dəyərli, önəmli olan, həyatımın bir parçasına çevriləcək bir kişini fəxrlə hamıya təqdim edəcəm. Amma inanın ki, indi elə biri yoxdur.

-Sonda oxucularımıza nə demək istərdiniz?

-Yaxın dostlar mənə dedi ki, Yafəs bəyin sevgi etirafından sonra bir neçə nəfər onu ölümlə təhdid edib. O insanların heç birini tanımıram. Amma burdan onlara deyirəm ki, mənim hər kəsin fikrinə hörmətim var. Sizləri tanımasam da öz minnətdarlığımı bildirirəm. Amma belə söz-söhbətlərə ehtiyac yoxdur. Çünki qəlbə hökm etmək olmur.

-Səmimi açıqlamaya görə sizə təşəkkürümüzü bildiririk.

-Siz də sağ olun.

Pərvin Abışova /AzTimes.az/

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here