İsgəndər Həmidov haqqında bilmədiklərimiz-Canlı tarix danışır

0
390

Zaqatalada yerləşən “Ləzzət” ailəvi istirahət mərkəzinin direktoru Hacıbəy Zakatalski  AXC dövründə Azərbaycanın Daxili İşlər Naziri olmuş, həmişə qəribə, ağlasığmaz qərarları ilə üzlərdə təbəssüm yaradan İsgəndər Həmidov barədə maraqlı məqamlara toxunub.

“Qaçın !!! Hacıbəyin ordusu gəldi”

Hacıbəy Zakatalski  nəql edir: ” 1992-ci ildə İsgəndər Həmidovun  özünə yaxın bilərək vəzifə verdiyi şəxslər onun məkanında aylarla təmənnasız istirahət ediblər. Bu məkanın sorağı Həmidova çatanda özü bura baş çəkmək qərarına gəlib. Amma ondan öncə kəşfiyyatçıları gəldi. Təsəvvür edin ki, bura yollanılan rütbəlilər oturub mənlə domino oynayırdılar. Soruşurdular ki, Hacıbəy haradadır? Deyirdim ki, o dağdadır. Orada qoyunları var Çobanlara baş çəkməyə gedib. Mənim həmin vaxt 2500 başdan çox qoyunum var idi. Həmidovun adamları köçü magistral yolda haqlayıb elə orada da qoyunları saymağa başlamışdı. 200-ə kimi sayandan sonra anlamışdılar ki, belə sayım olmur.  Sonra mənim yanıma gəldilər. Mənim də bu sayım məsələsindən xəbərim var idi. Dedilər neçə qoyunun var? Dedim axı siz saymısınız.Dedilər ki, trasda qoyun saymaq olur? Mən də dedim ki, nə bilim sizin ağlınız ora kimi işləyir də. (Red:gülür)

Zaqatala dağlıq ərazidir. Cənnətməkandır.  Otlaq yerləri çoxdur. Sakinlərin heyvanları bütün gün meşələrdə otlayıb qarınlarını doyururlar. İsgəndər Həmidov “Ləzzət”ə  yaxınlaşarkən sakinlərin meşələrdə otlayan heyvanlarının dırnaqları altından çıxan daşlar yola düşür. O vahimə içərisində qışqırmağa başlayır:” Qaçın canınızı qurtarın. Hacıbəyin ordusu bizə hücum edir!!!” Təsəvvür edin ki, onunla birgə gələn dəstə darmadağın olur. Vahimə içərisində avtomabilin altında gizlənən kim, qayalıqlara sığınan kim….  Mən heç nədən xəbərsiz öz məkanımda əyləşmişdim. Bir də baxdım ki, buralar qoşun tərəfindən mühasirəyə alınıb. Məni “Bandoddel”ə apardılar. Düz üç ay  orada qaldım. O zaman mənim QAZ-31 avtomabilim var idi. Təsəvvür edin onu necə güllə-baran etmişdilərsə, maşın aşsüzənə dönmüşdü. Avtomabilimi də o vəziyyətdə müsadirə etdilər. Üç ay araşdırmadan sonra məlum oldu ki mənim nə topum var, nə topxanam. (red:gülür) Sərbəst buraxıldım. İsgəndər Həmidov məni yanına çağırıb “190 mersedesin” açarını stolun üstünə qoydu. Mən öz avtomabilimi istəyəndə onun yararsız vəziyyətdə olduğunu, bu maşınla evimə qayıtmağımı tövsiyyə etdi.

Pərvin Abışova /AzTimes.az/

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here