Mühacirlərdən Siyavuş Novruzova reaksiya: “…şantaj edirlər”

0
115

“Birincisi, Siyavuş Novruzov ömründə düzgün bir söz deməyib. İndi də belə bir müsahibə verir. Hakimiyyətin qullarının danışığına fikir verib, onları gündəmdə saxlamaq xalqa xəyanətdir”.

Bu sözləri Reportyor.info-ya Hollandiyada olan mühacir fəal Orduxan Teymurxan deputat Siyavuş Novruzovun sabiq nazirlərin xaricdəki müxalifətçilərə maliyyə dəstəyi verməsi ittihamına münasibət bildirərkən deyib. O.Teymurxan bu açıqlamalara əhəmiyyət verməyi mənasız sayır.

Avropada olan digər mühacir fəal Tural Sadıqlı isə bildirib ki, S.Novruzovun söylədikləri həqiqətdən uzaqdır: “Öz adıma deyirəm ki, yalandır.

Gördüyümüz xeyirli işə dəstək üçün onlar pul versələr də, almaram. Çünki o sabiq və ya hazırki nazirlər həmin pulları haram yollarla əldə ediblər. Onun faydası belə olmaz.

Odur ki, bunu Siyavuş Novruzovun növbəti absurd fikri kimi qiymətləndirirəm. Sadəcə, düşünürəm ki, həmin keçmiş nazirləri hansısa səbəblərdən şantaj edirlər”.

Belçikada olan satirik şair Mirzə Sakit isə ironiya ilə münasibət bildirib: “Ziya Məmmədovdan 850 min dollar, Fazil Məmmədovdan 498 min kron, Cahangir Hacıyevdən 617 min avro, Artur Rasizadədən 185 min tümən almışam”.

Qeyd edək ki, YAP-çı deputat S.Novruzov sabiq nazirlərin mühacirlərə maliyyə dəstəyi verdiyini iddia edib.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here