Bakıda fəaliyyət göstərən fahişəxanalardan gizlin gecə çəkilişi – FOTO

0
358

Bakının Xətai rayonunda “Masaj Salonu” adı altında əxlaqsızlıq yuvası fəaliyyət göstərir.
Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, masaj salonu adı altında əxlaqsızlıq yuvası fəaliyyət göstərir. Burada müxtəlif yaşda qadınlar pul qarşılığında bədənlərini satırlar.

Digər şikayət isə Suraxanı rayonu sakinlərindən gəlib. Bildirilir ki, Günəşli qəbirstanlığına gedən yol,  “Xalqlar” körpüsündən düşəndə, sağda yerləşən obyektlərdə fahişəxanalar fəaliyyət göstərir.

Bundan başqa, Günəşlidən Qaraçuxur qəsəbəsinə düşən yolda da yerləşən obyektlərdə açıq insan alveri gedir.

 

Buradakı obyektlərdə intim xidmətləri təklif olunur. Obyektlərdə kiçik kabinetlər var.

Sözügedən obyektlərdən çəkilən görüntüləri BAKU.WS-in “qaynar xətti”nə göndəriblər.

İnanırıq ki, sözügedən ərazilərdəki obyektlərdə baş verənlər polis nəzarətinə götürüləcək. Baş verən əxlaqsızlığın qarşısı tez bir zamanda alınacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here