Göyçayda yanğın baş verib

0
91

 

Göyçay rayonunda tövlə yanıb. Hadisə rayonun Çərəcə adlı kəndində qeydə alınıb.

AzTimes.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb.

Yanğından ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

AzTimes.az, Davud Tarverdiyev – Göyçay 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here