Misirdə teleaparıcı artıq çəkili xanımları təhqir elədi

0
80

 

Misirin Teleradio Şurası tanınmış teleaparıcısı Riham Səidi işdən kənarlaşdırmaqla bağlı qərar verib. Buna səbəb onun “Əl Həyat” telekanalında aparıcılıq etdiyi “Sabayya” verilişində dediyi fikirlər olub.

Rus saytlarının yaydığı xəbərə görə, aparıcı çəkisi artıq olan qadınları təhqir edib. O deyib: “Şişman qadınlar öz zərifliklərinin bir hissəsini itirir, ailələrinə də, dövlətə də yük olurlar və onlara tamaşa eləmək xoş olmur”.

Aparıcı özü isə bildirib ki, televiziya işlədiyi 16 ildə xeyi yorulub və bu fasilə stressdən xilas olmaq üçün yaxşı üsuldur.

Xatırladaq ki, Riham bundan əvvəl də qalmaqallarla gündəmə gəlib.

AzTimes.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here