36 -cı bölmədə döyüldüyünü deyən Arzu Əliyevadan daha bir iddia: “Ərim onu Xocalıdan gətirmişdi, amma səksən yaşlı…..”

0
545

Bir neçə gündür ölkə gündəmini zəbt edən Xətai rayon 36 -cı polis bölməsində Şəhidin həyat yoldaşının döyülmsi ilə əlaqədar məsələdə bir çox qaranlıq məqamlar açılmaqda davam edir.  Digər xəbər portallarının yaymış olduğu videogörüntülrdə qanlar içində yerdə yatan qadın bir çoxumuzu polisə lənət yağdırmağa,onları şərəfsizlikdə ittiham etmyə vadar etdi.  Bir çoxumuz hislərə qapıldıq, polisi təhqir etdik. Hətta polis bölməsinə gedərək şəhid xanımının  “tapdanmış” haqqını tələb edənlər də oldu. Mən də öz növbəmdə həmkarımdan əlaqə nömrəsi alaraq Arzu xanımla əlaqə saxladım. Təfərrüatları danışdıq. Təmkinlə suallarıma cavab aldım. Amma həmişə məni izləyən o əlavə hissim imkan vermədi ki, məsələyə birtərəfli yanaşam. Səbr edərək qarşı tərəfin möveyini açıqlamasını gözlədim. Bu müddət ərzində isə Arzu xanımla  watsApp danışığımız oldu. Sözügedən şəxs məni cəsarətsizlikdə günahlandıraraq çəkilişə getməyə qorxduğumu, digər həmkarlarımın daha mətin, əzmkar olduqlarını dedi, mənə də baş polis idarəsinin məsələni ictimailəşdirməməkdə tapşırıq verdiyini soruşdu.  Bu müddtdə Arzu Əliyeva ona Semaşko xəstəxanasından verilən rəyləri və s.-ni göstərərək polisin ona müqaviməti haqqında danışdı.

Mənsə öz növbəmdə xanıma suallar verərək qaranlıq məqamlara aydınlıq gətirməyə çalışırdım.Xanım məsələlərin bir çoxunu açıqlasa da bəzi suallarımın üstündən eşitmirmiş kimi keçirdi.O oğlu Qorxmaz Cahangirovun qonşunun velosipedini düzəltdirməyə aparılarkən səhv anlaşılma olduğu üçün polislər tərəfindən evə basqın edilərək aparıldığını,36-cı polis bölməsində cibinə narkotik vasitə atıldığını deyirdi.

DİN münasibəti gecikdirmədi. Hadisənin səhəri günü xanımın 36-cı polis bölməsində təhlükəsizlik kamerasına düşmüş görüntüləri yayıldı. Məsələ məlum idi. Şübhələrim doğruldu.

Bunlar hamınıza məlumdur. Mənimsə diqqətləri üzərinə çəkmək istəsdiyim başqa bir məsələ var. Saxlanılan gənc.Cahangirov Qorxmaz Rəhman oğlu 1996-cı il təvəllüddür. Normaldır. Xanım həyat yoldaşı şəhid olanda gənc idi. Onun da haqqıdır ki, həyatına davam etsin, yenidən ailə həyatı qursun. Övlad dünyaya gətirsin. Amma Arzu Əliyevanın dedikləri məndə şübhə oyatdı. ” Qorxmaz Xocalı uşağıdır. Mənim yoldaşım Xocalı hadisələri zamanı onu Xocalıdan tapıb gətirib. Övladlıq etmişəm. ”

Xocalı faciəsinin baş vermə tarixi hər birimizə bəllidir.(26.02.1992)  O zaman Qorxmaz daha böyük olmalıdır.  A.Əliyeva deyir ki, mən zülmlə körpəyə 1996-cı ildə sənəd almışam. Onu səksən yaşlı bir kişinin-Cahangirov Rəhmanın adına yazdırmışam. “Bununla bağlı hər hansısa bir qurumda məlumat varmı?” sualına “Yox” cavabı qaranlıqları daha da artırır. Necə ola bilər ki, bir vətəndaş  bu boyda böyük ürəyə sahib ola, bu barədə heç bir qurum addım atmaya? və yaxud insan qarşısındakıları bu qədər axmaq yerinə qoya ,o boyda faciədən öz mənafeyi üçün istifadə edə?

Mənim araşdırmalarım heç bir nəticə vermədi.  Belə hadisə ilə bağlı heç bir yedə qeydə rast gəlinmədi. Əminəm ki, aidiyyatlı qurumlar bu məsələyə də aydınlıq  gətirərlər.  Çünki bu məsələ ictimaiyyət üçün qaranlıq qalır.

Pərvin Abışova/AzTimes.az/

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here