Gözəl aktrisanın bilmədiyiniz yanları-MÜSAHİBƏ

0
249

Qurbanova Zülfiyyə Misirxan qızı Yanvarın 4-ü 1984-cü ildə Azərbaycan Respublikası Sumqayıt şəhərində incəsənət və mədəniyyət işçiləri ailəsində anadan olmuşdur. 1990-cı ildə Sumqayıt şəhərində 4 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2000-ci ildə Sumqayıt şəhərində 7 saylı orta məktəbi bitirmişdir. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq şöbəsinin “Dram teatrı və Kino aktyorluğu” fakültəsinə daxil olmuş, oranı 2007-ci ildə qurtarıb, həmin ildə eyni ixtisas üzrə magistraturaya qəbul olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aktyorluq” şöbəsinin “Dram teatrı ve Kino aktyorluğu” fakültəsinin magistraturasını bitirmişdir. 2007-ci ildən xalq artisiti Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrında fəaliyyətə başlayan aktrisa hazırda teatrın gənc aparıcı aktrisalarından biridir. Zülfiyyə Qurbanova Azərbaycandan Kann film festivalında iştirak edən ilk Azərbaycanlı aktrisadır.Onunla olan müsahibəmizi sizə təqdim edirik.

Azərbaycanda uğurlu aktrisalardan birisiniz. Sizcə uğurlu aktrisa olmaq üçün nə etmək lazımdır?

-Uğurlu aktrisa olmaq üçün zəhmət çəkmək lazımdı,daima öyrənməyə çalışmalısan.Özünü bəyənsən məndən yoxdu fikirləşsən, yerində sayacaqsan.

ndə sizə bu r maraq olacağıdüşürdüzmü?

-Açığı bilmirəm nə qədər maraq  var, amma şükür ki, hər şey yaxşı gedir. Ümumiyyətlə mən hər bir şeyə zəhmətlə,  məsuliyyətlə yanaşdığıma görə bildirim ki, nə vaxtsa əziyyətlərimin əvəzini görəcəm.

Öz isdedadnıza hmətnizə r nirsiz?

-Əslində işimə pəl vuran olmasa çox güvənirəm.Çünki həm zəhmətkeşəm,həm istedadlıyam,həm təhsilli.

t  aləmindəndir nizə l vuran, yoxsa nar şəxslər?

-Təbii ki, bu sahədən olur. Amma mənə  belə şeylər təsir eləmir.

Bəs daim hansısa aktyora baxıb nəsə öyrənmisiniz, yoxsa öz gücünüzə inanırsız?

-Bəyəndiyim və işlərinə böyük zövqlə baxdığım  aktyorlar var, amma daimi baxıb nəsə öyrəndiyim aktyor və ya aktrisa yoxdu.

Bəs  sənət olan yerdə maddiyata önəm verirsiniz?

-Biz ancaq isimizlə pul qazanırıq.Belə deyim işimizi satıb qarşılığında pul qazanırıq.Maddiyat çox önəmlidir onun üçün.Amma elə işlər olub ki, həqiqətən orda sənət o qədər yüksək səviyyədə olub ki mən maddiyatı düşünməmişəm.Bilmişəm o işdə olmaqla mən çox şey öyrənəcəyəm və çox şey əldə edəcəyəm.Ona görə maddiyat bəzi işlərdə önəm daşımır mənim üçün.

Artıq 10 ildən çoxdur ki, Bələdiyyə teatrında işləyirsiniz.Necə oldu ki, Bələdiyyə teatrına dəvət aldınız?

-Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdim və magistraturaya daxil olmuşdum.Kurs rəhbərim xalq artisti rejissor Ağakişi Kazımov dedi ki, Zulfiyyə qızım Amaliya xanım Pənahovanın teatrına gənc aktrisa lazımdır, yanına get.Mən də müəllimimin məslhətinə qulaq asıb getdim.Teatrımızın rəhbəri xalq artisti Amaliya xanım Pənahova məni gördü, sınaqdan keçirdi və öz teatrına işə qəbul elədi. Artıq 11 ildir ki, bu gözəl kollektivlə çiyin-çiyinə çalışıram və yaxşı da ki, çalışıram.

Sizə nə müsbət enerji verir?

-Ailəm və işim.Ailəyə çox bağlı adamam.Xüsusən də anama.Ailədən gələn enerji məni işimə daha möhkəm bağlayır.  Mən də o enerini işimə ötürürəm. İnsan ailəsində rahat və xoşbəxt olmalıdır ki, bunu işinə yansıtsın.

Bəs özünüz ailə qurub ana olmağı nə vaxt düşünürsünüz?

-Qadına ailə lazımdır. İnşallah mütləq quracam. Çünki artıq zamanıdır. Həm ailə qurmağın, həm ana olmağın.

Bəs birdən biri çıxaraq sizə onunla evlənmək qarşılığında gözəl həyat vəd edərək sənətinizdən uzaq durmanızı şərt qoysa hansını seçərsiniz?

-Səmimi deyim, bunun cavabını bilmirəm.”Heç vaxt heç vaxt demək lazım deyil” sözunə inanıram. Həyat nəyi gətirəcək bilmirəm.Hər şey ola bilər.

Sizcə ailə həyatı hislər, ya məntiqlə  qurulsa  daha davamlı olar?

-Təbii ki, hislər də olmalıdır. Amma müəyyən yaşdan sonra qadınlar məntiqlə hərəkət edirlər..Bu həm də qismət işidir.

Gələcəklə bağlı nə planlarınız var?

-Çox plan quraraq yaşayanlardan deyiləm.Müəyyən yaşdan sonra axarına buraxıb yaşayıram həyatı.

Müsahibəyə görə sizə öz təşəkkürümüzü  bildirirəm.İşlərinizdə uğurlar.

-Mən də öz növbəmdə sizə təşəkkür edirəm.

Ülviyyə Şahin /AzTimes.az/

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here